top of page

Şəbəkə Administrasiyası (CompTIA Network+)

Defscope CompTIA Network+ sertifikatlaşdırma   proqramı əsasında təlim tədris edir. CompTIA Network+ problemlərin aradan   qaldırılması, konfiqurasiya və şəbəkələrin idarə edilməsini əhatə etməklə İT   infrastrukturunuzu növbəti səviyyəyə qaldırmağa kömək edir.

İstənilən Platformada Şəbəkələri Dəstəkləyir
 Konkret təchizatçı üçün spesifik başqa şəbəkə sertifikatlarından fərqli   olaraq, CompTIA Network+ istənilən platformada şəbəkələrin dəstəyi üçün   namizədləri hazırlayır.

Xüsusi Şəbəkə Bacarıqlarını öyrənin
 CompTIA Network+ şəbəkə mütəxəssislərinin ehtiyac duyduğu xüsusi bacarıqları   əhatə edən yeganə sertifikatdır.

İnfrastruktur səyahətinizə başlayın

Biz sizə iş yerində   funksional şəbəkələrin layihələndirilməsi və həyata keçirilməsi üçün tələb   olunan bilik və bacarıqları əldə etməyə kömək edirik

Biz nə öyrədirik?

Modul 1: Şəbəkə   əsasları

· OSI model təbəqələrinin və inkapsulyasiya   konsepsiyalarının müqayisə edilməsi

· Şəbəkə topologiyaları və şəbəkə növləri

· Naqillərin və birləşdiricilərin növləri və həll   üçün hansı növün uyğun olduğunun izahı.

· Ssenari nəzərə alınmaqla, alt şəbəkənin   konfiqurasiya edilməsi və müvafiq IP ünvanlama sxemlərinin istifadə edilməsi.

· Ümumi portlar və protokollar, onların tətbiqi və   şifrələnmiş alternativlər. Şəbəkə xidmətlərinin istifadəsini və məqsədini   izahı.

·  Korporativ   və məlumat mərkəzi şəbəkələrinin əsas arxitekturası.

· Bulud konsepsiyaları və əlaqə seçimləri.

Modul 2: Şəbəkə   Tətbiqləri

· Müxtəlif cihazların, onların xüsusiyyətlərinin və   şəbəkədə uyğun yerləşdirmələrinin müqayisə edilməsi.

· Marşrutlaşdırma texnologiyaların və bant   genişliyi idarəetmə konsepsiyalarının müqayisə edilməsi.

· Müvafiq simsiz standartların və texnologiyaların   quraşdırılması və konfiqurasiya edilməsi.

Modul 3: Şəbəkə   Əməliyyatları

· Şəbəkənin mövcudluğunu təmin etmək üçün müvafiq   statistika və sensorlardan istifadə edilməsi.

· Təşkilati sənədlərin və siyasətlərin məqsədinin   izah edilməsi

· Yüksək əlçatanlıq konsepsiyalarının izah edilməsi.

Modul 4: Şəbəkə   Təhlükəsizliyi

· Ümumi təhlükəsizlik anlayışlarının izahı.

· Ümumi hücum növlərinin müqayisə edilməsi və   qarşılıqlı əlaqəsi.

· Ardıcıllığı nəzərə alaraq, şəbəkə qorumasını gücləndirmək   üsullarını tətbiq edin.

· Uzaqdan giriş üsullarının və onların təhlükəsizlik   təsirlərini müqayisəsi.

· Fiziki təhlükəsizliyin əhəmiyyətinin izah edilməsi.

.

Modul 5: Şəbəkə   problemlərinin aradan qaldırılması

· Şəbəkə problemlərinin aradan qaldırılması   metodologiyasının izah edilməsi.

· Ümumi naqil bağlantısı problemlərinin həll edilməsi   və müvafiq alətlərin seçilməsi.

· Müvafiq şəbəkə proqram alətləri və əmrlərindən   istifadə edilməsi

· Ümumi simsiz əlaqə problemlərinin həll edilməsi.

· Ümumi şəbəkə problemlərinin həll edilməsi.

Təlimçi

Vüsal Salmanlı

Principal Cyber Security Consultant

linkedin.png

Haqqında: İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində 12 ildən artıq təcrübəyə və nəzəri biliyə malik peşəkar məsləhətçi və menecerdir. Azərbaycanda işlədiyi illərdə ölkənin İKT sahəsində aparıcı şirkətlərdə çalışıb. O, hazırda ABŞ-da Sirius Computer Solutions şirkətində aparıcı kibertəhlükəsizlik üzrə məsləhətçi kimi karyerasını davam etdirir. O, həmçinin qlobal kibertəhlükəsizlik şirkəti olan Defscope-un yaradıcısıdır.

Vüsal Salmanlı 15 ildən artıq İKT təcrübəsi olan yenilikçi və peşəkar məsləhətçi, müəllim, lider və menecerdir. Karyerasının son 8 ilini İnformasiya Təhlükəsizliyinə həsr edən Vüsal hazırda təsisçisi olduğu qlobal DEFSCOPE şirkətinin baş direktoru, eyni zamanda ABŞ-da Sirius Computer Solutions şirkətində Aparıcı Kibertəhlükəsizlik Məsləhətçisi kimi fəaliyyət göstərir. O, INSECO-nun həmtəsisçisidir.

Karyerası müddətində Oracle, Microsoft, Cisco, Check Point, Ericsson, ZTE və digər şirkətlərdən beynəlxalq sertifikatlar alıb. İnformasiya təhlükəsizliyi üzrə dünyada ən populyar sertifikatlardan olan CISM, CEH, CDPSE və CISA sertifikatlarına layiq görülüb.

Yerli və beynəlxalq tədbir və konfranslarda İnformasiya Təhlükəsizliyi üzrə Ekspert kimi fəaliyyət göstərir. Bundan əlavə, o, Beynəlxalq İnformasiya Təhlükəsizliyi Təşkilatının (ISACA) qızıl üzvü və beynəlxalq layihələrin idarə edilməsi təşkilatı olan PMI-nin üzvüdür.

Day to Day: Principal CyberSecurity Consultant @ CDW USA, Business owner @ Defscope, Co-Founder and Community Leader @ INSECO

Dərəcə və Sertifikatlar: MSc, MCP, CCNA, OCE, CCSA, CISA, CISM, CEH, CDPSE

Üzvlüklər:

•ISACA Gold Level Member (www.isaca.org)

•Member of CompTIA Instructor Network (www.comptia.org)

•Member of AKTA Azerbaijan (www.akta.az)

bottom of page